Samiraldo kimi RÜSVAY ETDİ? – “On saniyəlik kefdən uşaq dünyaya gətirib…” – QALMAQAL

“İndi sponsor sözü dəbdə deyil. Bir varlı kişi ilə tanış olur, “kruçok atırlar”, on saniyəlik kefdən sonra uşaq dünyaya gətirib, adını da qoyur balamın atası”.

Bunu stilist Samiraldo Yenicag.az-a açıqlamasında deyib.

O, şou aləmdə başqasının həyat yoldaşından uşaq dünyaya gətirən müğənniləri biabır edib:

“Belə şeylərin təməlin “manıs” müğənnilər qoyub. Sonra da bir-birlərinə başa salırlar ki, mən belə eləmişəm, sən də elə, o kişi olsun ömürlük sponsorun. Əsas yataqdır. Daha fikirləşmirlər ki, o kişinin ailəsi, uşaqları var. Niyə sən öz karyeranı qurmaqdan ötrü kiminsə ailəsini dağıdırsan? Bizim cəmiyyət üçün belə şeylər çox pis örnəkdir. Söhbət ailə dağıtmaqdan gedir. Bizim müğənnilər axı hər zaman cəmiyyətdə nümunə olub. İnsanlar vaxtilə müğənniləri özlərinə kumir seçiblər. Amma indi gənc baxıb görür ki, müğənni necə geyinir, necə özünə əxlaqsız yollarla karyera qurur, deyir, elə mən də onun kimi edim. Biabırçılıqdır. 90-cı illərin müğənniləri belə deyildi. İndiki nəsil müğənnilərdən elə iyrənc şeylər görürük ki, adam utanır. Hər iyrəncliyə əl atırlar. Hələ fəxrlə də efirə çıxıb deyir ki, uşağımın atası. O kişi necə sənin uşağının atası ola bilər? O uşağın on saniyəlik ehtirasa görə dünyaya gəlib. Elə bilirlər heç kim heç nə bilmir. Amma hamı hər şeyi yaxşı görür”.

Samiraldo on da bildirib ki, müğənnilər belə varlı kişiləri ən çox məclislərdə tapırlar:

“Onun ruhuna uyğun bir qəmli mahnı oxuyur, qəlbinə yol tapır. Yavaş-yavaş kişini ələ alır, nömrəsini verir, sonra da yataq, uşaq… İndi daha çox Moskvaya gedib-gəlirlər, çünki orada belə yollara əl atmaq daha rahatdır. Böyük şəhərdir axı”.

Cəvahir