!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Samirə Mehribanı hədələdi: “Bu sözə görə mənə cavab verəcəksən”- QALMAQAL

!Reklam – Yazi

“Maşın şou”da Samirə Yusifqızının adının hallanması onu özündən çıxarıb. Belə ki, Rauf Əhmədov efirdə bildirib ki, Samirə də oyunda olanda deyirdi ki, Vüqarı çıxartmayacaq. Bu məqamda Mehriban Xanlarovanın cavabı sərt olub: Samirə bizə Vüqarı çıxaracağını dedi, onda belə çıxır ki, satqınlıq edib.

Yenicag.az-a açıqlama verən Samirə Yusifqızı Mehriban Xanlarovanın ünvanına sərt fikirlər səsləndirib:

“Mənim adımı hallandırmasınlar. Düzdür, mən əvvəlcə Vüqara söz vermişdim, amma sonradan Mehribangil məni məcbur etdilər. Çünki orda qruplaşmanın başında Mehriban Xanlarova durur. Qızlar da onun sözü ilə oturub-dururlar. Raufa gəlincə, getsin öz dərdini çəksin. Camaatı aldadıb, deyir əjdahanın başını kəsəcəm. Əlli adamın adını çəkib, axırda başqasını çıxarır. Mehribana isə sözüm sərt olacaq. İndi mənə “satqın” deyirsən. Mən satqın deyiləm, sadəcə olaraq Vüqarın adını çəksəydim, orda qırğın düşəcəkdi. Bunu yaxşı bilirsən. Elə etməyin ki, açım sandığı töküm pambığı.

Mənə əvvəlcə dedilər ki, İlqar Mikayıloğlunu çıxart, çünki heç kimin ürəyi gəlmirdi onu şoudan uzaqlaşdırsın. Bu təklifə etiraz etdim. Dedim, niyə mən onu çıxartmalıyam axı? Vüqar məsələsində də üstümə “naezd” elədilər. Mehriban, sənə ayıb olsun. Mən heç vaxt efirdən sənə “satqın” deməzdim. Bu sözün arxasında dura biləcəksənmi? Mənim üçün fərqi yoxdur əməkdar, ya xalq artisti, kim mənə ilişirsə, cavabını alacaq. Sən satqın sözünə görə mənə cavab verəcəksən”.

Cəvahir

www.yenicag.az

4677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv