Samirə Yusfiqızı: “Adını “həci” qoyub, azı on dəfə Həcc ziyarətində olub, amma…”

“Mənim üçün dəxli yoxdur, adam namaz qılıb, oruc tutur, ya yox. Adam xeyirxah insandırsa, elə yaxşı əməli oruc-namaza bərabərdir”.

Bunu Yenicag.az-a açıqlamasında sənətçi Samirə Yusifqızı deyib.

O, namaz qılıb, oruc tutmağın yaxşılıq etmək üçün şərt olmadığını bildirib:

“Ağzım orucdur, heç kimin haqqına girmək istəmirəm. Çətin vaxtlarımda mənə sənət dostlarımdan dəstək gəldi, sağ olsunlar. Namaz qılıb, oruc tutmağın mənim üçün dəxli yoxdur. Adam xeyirxah insandırsa, onun yaxşı əməli elə oruc-namaza bərabərdir.

İslam dinimiz o qədər gözəldir ki, ancaq yaxşılıqlar, savab əməllərdən bəhs edir. Varlının borcudur ki, yoxsula imdad etsin. Maddi olmasa da, mənəvi borcumuzdur ki, bir-birimizin yanında olaq.

Bir nəfər tanıyıram, adını “həci” qoyub, on dəfədən artıq Həcc ziyarətində olub, Novruz bayramında ona zəng etdim, kömək istədim. Dedim ki, əziz bayramdır, istəyirəm evimdə qazanım qaynasın, lap gəlib özüm götürərəm. “Yaxşı”, – dedi, amma sonradan zəng etdim, heç telefonuma da cavab vermədi. Onun getdiyi Həcc ziyarəti də qəbul olunmur. Amma vəziyyətim yaxşı olmaya-olmaya kimlərəsə kömək etmişəm, onları xeyirxah insanlara yönləndirmişəm. Ramazan ayı dualar, ibadət ayıdır, yaxşılıq edib, savab qazanmaq lazımdır. Eləyənə Allah kömək olsun, onsuz da yaxşılıqlarını əməl dəftərinə yazdırır, etməyən də cəhənnəmi gözünün qabağına gətirsin”.

Cəvahir