Samirə Yusifqızı: “Qadın kişinin telefonuna baxır ki, qaşınmayan yerdən qan çıxarsın”

“Qadın kişinin nəinki telefonuna, heç cibinə də girməməlidir”.

Bunu həyat yoldaşının telefonuna baxan qısqanc xanımlarla bağlı danışarkən tanınmış sənətçi Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.

Samirə özünün də vaxtilə bunu ediyini, lakin peşman olduğunu bildirib:

“Qadın kişinin cibini, telefonunu yoxlasa, mütləq nəsə tapacaq. Çünki elə bu məqsədlə baxır ki, qaşınmayan yerdən qan çıxarsın. Qadının əli kişinin puluna dəyəndə, kişinin pulunun bərəkəti də qaçır. Olmaz. Biz belə görmüşük. Hələ indiyə qədər anam atamın cibinə girməyib. Şalvarını yuyanda görərdi ki, yerə pul düşüb. Bir dəfə çaşıb həyat yoldaşımın cibinə baxdım. Ordan xırda bükülü kağız tapdım. Telefon nömrəsi yazılmışdı. Aramızda mübahisə düşdü, amma sonra söz verdim ki, bir də belə hərəkət etməyəcəm. Nəyə lazımdır axı, durum qırğın salım, boşanım, gedim anamın evinə, sonra da başlayım ailə qurmaq üçün adam axtarmağa. Onsuz da hər ailədə söz-söhbət olur. Qadın niyə kişinin telefonuna baxsın axı. Onda elə kişi də qadının telefonuna baxsın. Əslində heç biri bunu etməməlidir”.

Cəvahir