Samirədən Xalq artistinə DƏSTƏK: “Onun-bunun həyat yoldaşını ələ keçirə-keçirə…” – VİDEO

“Vaxtında bizim o ağlımız olmayıb, belə şeyləri düşünməmişik, çünki sənət dalınca qaçmışıq”.

Bu sözləri Xalq artisti Nisə Qasımovanın “səviyyəcə aşağı olan müğənniyə daha çox dəyər verilir, çünki onun kirpikləri mənimkindən daha uzun, “razrez”i daha dərin, dekoltesi daha açıqdır” fikrinə münasibət bildirən tanınmış sənətçi Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.

O, əsl sənətkarların pul yox, sənət ardınca getdiklərini bildirib:

“Bəli, bu gün Nisə xanım kimi sənətkara 4 min, amma sənəti olmayan birinə 15 min dollar verirlər. Səbəbini deyim. Bir çoxunun əvvəli nə olub, yaxşı bilirik.

Onun-bunun həyat yoldaşını ələ keçirə-keçirə, onun-bunun əli ilə guya sənətə gəlib, indi də meydanda at oynatmaq istəyirlər. Hansı ki, onların sənətdən danışmağa ixtiyarları yoxdur.

Fikirləri də budur ki, nə qədər cavanıq, istifadə edək, altımıza pul yığaq, salon, market açaq, çünki yaşlanandan sonra heç kim bizi toya aparmayacaq.

Vaxtında bizim o ağlımız olmayıb, belə şeyləri düşünməmişik, çünki sənət dalınca qaçmışıq. Amma indikilər sənət yox, pulu, maddiyyatı düşünür”.

Daha ətraflı videoda:

Cəvahir

COP29