Reklam

Reklam

prison_090115Bakıda həbsxanaya gətirilmiş şampun qabının içindən telefon çıxdı.

Yenicag trend-ə istinadən məlumat verir ki, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Pənah Əhliman oğlu Babayevə Bakı şəhər sakini vətəndaş Rövşən Əli oğlu Ələkbərovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı “HOBBY” markalı şampun qabının içərisindən bir ədəd “Nokia-C5” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, P.Babayev Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü (Xuliqanlıq; silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 100
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."