“Apple” şirkəti ilk qatlana bilən “iPad”ləri 2024-cü ildə buraxa bilər.
Yenicag.az “Sondakika”ya istinadən bildirir ki, bununla bağlı “Samsung” toplantıda “Apple”in tədarükçülərinə yeni hədəfini açıqlayıb.
Məlumata görə, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” görüş zamanı təchizatçılarına “Apple”in 2024-cü ildə qatlana bilən qurğular istehsal edəcəyini, lakin bu bazara smartfonlar əvəzinə noutbuk və planşetlərlə girməyi gözlədiyini bildirib. “Samsung” qatlanan cihaz bazarının 2025-ci ilə qədər hər il 80faiz artacağını gözlədiyini bildirib.
“Samsung”un əsas məqsədi ekranın qatlanması nəticəsində ekran səthində yaranan qırışların aydınlığını azaltmaqdır. Nəticədə qatlanan cihazlar daha incə, yüngül və davamlı olacaq.
Gülşən