“Samsung” bu smartfonların istehsalını dayandırdı – ŞOK SƏBƏB

“Samsung” şirkəti elastik smartfonlar istehsal edən zavodunu bağlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb əməkdaşlardan birində koronavirus əlamətlərinin aşkarlanması olub.

Məlumata görə, koronavirus aşkarlanan zavod işçiləri karantinə göndərilib. Qeyd edilib ki, bu zavodda əsasən “Galaxy Z Flip” və “Galaxy Fold” smartfonları istehsal edilib.

“Samsung” Kumi zavodunun fəaliyyətinin müvəqqəti dayandırıldığını qeyd edib.

Qeyd edək ki, fevralın 11-də “Unpacked” tədbirində təqdim edilən “Galaxy Z Flip” smartfonu iki ekranla təchiz edilib. Onun biri elastik “Super AMOLED” matrisasına malikdir və ortadan qatlanır.

COP29