!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Samsung Galaxy Note 7” ilə səyahət edənlərə xəbərdarlıq

!Reklam – Yazi

Без названияAvropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərdən uçuş zamanı “Samsung Galaxy Note 7” smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər “Samsung Galaxy Note 7” smartfonlarının alışması halları ilə əlaqədar olaraq geri çağırılması barədə “Samsung” şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

“Samsung Galaxy Note 7” smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv