Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Samsung Galaxy Note 7” yenidən satışa çıxarılacaq

“Samsung Electronics” korporasiyası “Galaxy Note 7” faciəsi ilə əlaqədar məruz qaldığı itkilərin heç olmasa, bir qismini kompensasiya etmək istəyir.

Yeniçağ.Az-ın “İKT.lent.az”-a istinadən verdiyi məlumata görə, şirkət bərpa etdiyi “Galaxy Note 7” smartfonlarını satışa çıxarmağı planlaşdırır. Smartfonların bu ilin iyununda yalnız inkişaf etməkdə olan bazarlarda (məsələn, Hindistan, Vyetnam) satışa çıxarılacağı gözlənilir.

Bərpa olunmuş “Galaxy Note 7” 3000 və ya 3200 mAs həcmə malik yeni akkumulyatorla təchiz ediləcək. Yanğına səbəb olan orijinal batareyaların həcmi isə 3500 mAs idi. Smartfonların korpusu da yeni olacaq, digər komponentlər isə yerində qalacaq.

Bərpa edilmiş “Galaxy Note 7”nin qiyməti haqda məlumat verilmir.

“Phone Arena” qeyd edir ki, bu addım “Samsung”a milyardlarla dollarlıq itkini minimallaşdırmaqla bərabər, utilizasiya üçü toplanmış smartfonları azaltmağa da imkan verəcək.

Xatırladaq ki, “Samsung” təxminən 3 milyon ədəd satılmış “Galaxy Note 7”lərin 96%-ə yaxınını geri alıb.

Yeniçağ.Az

www.yenicag.az

356