“Samsung Galaxy Note 9” satışa çıxarıldı

“Samsung Electronics” şirkəti qabaqcıl “Galaxy Note 9” smartfonunun beynəlxalq miqyasda satışlarına başlayıb.

Yenicag.az xəbər verir ki, avqustun 24-dən etibarən 56 regionda satışa çıxarılan “Galaxy Note 9” smartfonunu ilkin olaraq Koreya Respublikası, ABŞ, Kanada, Çin, Hindistan, Avropa və Cənub-Şərqi Asiya ölkələrinin sakinləri əldə edə biləcək. Ekran diaqonalı 6,4 düym təşkil edən yeni model “Galaxy” istehsal xəttində ən güclü – 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Smartfon “microSD” kartlarını dəstəkləyir ki, bu da qurğunun yaddaşını 1 terabaytadək artırmağa imkan verir. Bundan əlavə, yeni “S Pen” stilusu “Bluetooth Low-Energy” (BLE) texnologiya dəstəyi ilə təchiz olunub. İlin sonunadək genişləndirilmiş “S Pen” funksiyaları ilə işləyən əlavələrin sayının artırılacağı gözlənilir.

Qabaqcıl smartfonun əsas kamerasının təsvir ölçüsü 12 meqapiksel, ön kamerasının isə 8,5 meqapiksel təşkil edir. Həmçinin qurğuya foto elementlərinin müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyaları quraşdırılıb.

Smartfon “S Pen” stilusu ilə birlikdə qara, bənövşəyi və mis rənglərində təklif edilir. 128 giqabaytlıq versiyanın pərakəndə satış qiyməti 999.99 dollar, 512 giqabaytlığın isə 1,249.99 dollar təşkil edəcək./Azərtac/

COP29