Samsung Galaxy S9 və S9+ smartfonlarının görüntüləri yayıldı

Sosial şəbəkələrdə 2018-ci ildə buraxılacaq Samsung Galaxy S9 və S9+ smartfonlarının görüntüləri yayılıb.

Yenicag.az-ın Oxu.az-a istinadən verdiyi xəbərinə görə, fotoları “Venture Beat” portalı dərc edib.

Nəşr qeyd edir ki, 5,8 düym diaqonallı ekrana malik S9 və 6,2 düym ölçüdə ekrana malik S9+ əvvəlki nəsil smartfonlardan çox fərqlənməyəcəklər.

Birinci model dörd giqabayt əməliyyat və 64 giqabayt quraşdırılmış yaddaşa, ikinci model isə müvafiq olaraq altı və 128 giqabayt yaddaşa malik olacaq.

Galaxy S9 və S9+ əsas üstünlükləri şəkil və videoların emalı üçün aparat və proqram təminatının yenilənməsdir.

12 meqapiksel təsvir ölçüsünə malik kamera “slow-motion” super effektindən istifadə etməyə icazə verəcək, saniyədə 480 kadr.

Bundan əlavə, ön kamera 8 meqapiksel təsvir ölçüsünə.

Hər iki smartfonda sifət tanınması sistemi təkmilləşdirilib.