“Samsung” yeni smartfonu təqdim etdi – QİYMƏT/FOTOLAR

Cənubi Koreyanın dünya şöhrətli “Samsung” şirkətinin San-Fransiskoda təşkil olunan “GALAXY UNPACHED 2020” adlı tədbirində yeni qatlanan ekranlı smartfonu təqdim edilib

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, təqdim olunan yeni smartfon “Galaxy Z Flip” adlandırılıb.

“Samsung”un satış nümayəndəsi Rebekka Herst yeni modellə bağlı bildirib ki, cihaz bağlı halda ovuca yerləşəcək ölçüdədir və açılmış vəziyyətdə 6,7 düymlük ekrana malikdir.

Herstin sözlərinə görə, ekran çox nazik və qoruyucu şüşədən hazırlanıb. Bundan əlavə, telefon tam açılmadığı halda, ondan kompyuter kimi də istifadə etmək mümkündür.

“Galaxy Z Flip” müştərilərə qara, qızılı və bənövşəyi rənglərdə təqdim olunacaq. ABŞ-da qiyməti 1380 dollar olan bu smartfonların satışına fevralın 14-də start veriləcək.

Rufina Ali

COP29