“Samsung”un hansı cihazlarına Android 10 gələcək? – SİYAHI

Android 10 Sentyabr ayında stabil olaraq yayımlanıb.

Yenicag.az xəbər verir ki, saf android cihazlara yenilənmə daha tez, müxtəlif interfeyslərə malik cihazlara isə müəyyən bir vaxtdan sonra gəlir. Məsələn MİUİ, EMUİ, ColorOS.FlymeOS, OneUİ kimi interfeysləri olan cihazlara test mərhələlərindən keçdikdən və optimallaşdırma işləri tamamlandıqdan sonra gəlir.

Məlumata, ümumi olaraq 28 fərqli Samsung telefonu OneUİ 2.0 ilə birliktə Android 10 yenilənməsini alacaq.

Aşağıda siyahıda göstərilən cihazlara Android 10 Stabil versiya veriləcək.

Qeyd edək ki, Galaxy S10, Note 10 və Note 9 seriyaları bu yenilənməni 2020-ci ilin yanvar ayında alacaqlar Siyahıdaki digər cihazlar isə 2020-ci ilin aprel ayında Android 10 və OneUİ 2.0 yenilənməsini alacaq.

Samsung Fold, Galaxy M seriyası, Galaxy A50S bu siyahıda yer almır. Bu siyahı rəsmi olaraq Samsung tərəfindən verilmədiyi üçün çox güman bəzi modellər yenilənmə planına sonradan əlavə ediləcək.