Kollec direktorundan TƏRBİYƏSİZLİK – Qrup nümayəndəsini imtahandan qovdu: “Bizə şam tutan lazım deyil” – VİDEO

“Qrup nümayəndəsinin imtahanda nə işi var? Bizə nəzarətçi lazım deyil”.

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovanın qrup nümayəndəsi ilə sərt davranışı cəmiyyətdə kəskin narazılıq doğurub.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Onlayn imtahan zamanı qrup nümayəndəsinin yayıma qoşulmasına əsəbləşən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova öncə tələbəni yayımdan qovub. Daha sonra isə qrup nümayəndəsinə “Bizə şam tutan lazım deyil!”, – deyərək aqressiv reaksiya verib.

O, onlayn imtahanı dayandıracağını bildirərək, tələbələri özbaşınalıqda günahlandırıb.

Sözügedən videonu təqdim edirik:

Gülşən Şərif