Samur-Abşeron kanalında kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, meyit kanalın Quba rayonunun Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkar olunub.
İlkin məlumata görə onun Quba rayonu Paşaoba kənd sakini, 1967-ci il təvəllüdlü Güloğlan Gülbaba oğlu Məmmədrzayev olduğu bildirilir.
Onun hansı şəraitdə suya düşdüyü məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.