Siyəzən rayonunun Ağbaş kəndi ərazisində bir nəfər Samur-Abşeron kanalına düşüb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində meyit tapılıb.
Hələlik şəxsiyyəti məlum olmayan qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.