Samux rayon sakini döyülərək bıçaqlanıb

Samux rayonunda bıçaqlanma olub.

Rayonun Qarayeri qəsəbə sakini, 1963-cü il təvəllüdlü Əliyev Rəhim İsaq oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası və bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, R. Əliyev Qarayeri qəsəbəsində bir neçə nəfər tərəfindən avtomobilindən düşürülərək döyülüb və sonrada bıçaqlanıb.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

 

Yeniçağ.Az