Samuxda avtomobil kanala aşıb

imagesSamuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə rayonun Qarayeri-Qovlar Sarı avtomobil yolunda baş verib.

Samux rayonunda yaşayan Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb.

Qəza nəticəsində S. Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.