!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çayda tapılan kişi meyitinin kimliyi məlum oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub.

Qırmızı Samux adlanan ərazidən tapılan aşkarlanan şəxs polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Firuddin Əlif oğlu Ələsgərovdur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətl hadisəsi mayın 10-da Göygöl rayonunun “Hacıməlik” dəirəsi adlanan ərazisində baş verib. 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb. Onlar banka olan borclarına görə hər gün qonşu rayona işləməyə gedirlərmiş. Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulmasından şikayətçi olub və daha işə getmək istəmədiyini bildirib. Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Ələsgərov arvadına çoxlu saylı bıçaq zərbələri vuraraq onu öldürüb və hadisə yerindən qaçıb.

Xatırladaq ki, ailənin 3 övladı var.

/Report/

***

13:24

Samux rayonunda naməlum kişi meyiti aşkarlanıb.

Yenicag.az-ın məlumatına görə, meyit Kür çayının rayonun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində tapılıb. Təxminən orta yaşlarında olan kişi meyitinin xeyli müddətdir ki, çayda qaldığı ehtimal edilir.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

www.yenicag.az

2859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv