Samuxda dəhşətli qəza: piyada öldü

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Çobanabdallı kənd ərazisində qeydə alınıb.

Samux rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/