Samuxda elektrik yarımstansiyasında partlayış – Yaralılar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onlardan birinin adı məlum olub. 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.  Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/