Samuxda ev yandı

Samux rayonunun Bağbanlar kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağında döşəmə 1 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.