Samuxda gənci ildırım vuraraq ÖLDÜRDÜ

Samuxda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Hacalı kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır./apa.az/

COP29