Samuxda leysan yağdı, çaydan sel keçdi

Samuxda yağan leysan nəticəsində çaydan sel keçib.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 25-i saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Quba, Xaçmaz, Qusar, Şahdağ, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Şəki, Qəbələ, Xınalıq, Ağstafa, Tovuz, Ceyrançöl, Goranboy, Naftalan rayonlarında şimşək çaxıb, arabir leysan yağıb.

Samux rayonu Qabırrı Kəsəmən məntəqəsində fasilələrlə yağan leysan yağış nəticəsində saat 20:00-da çaydan sel keçib.

Cənub-şərq küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 22 m/s-dək güclənib.