Samux rayonu, Aşağı Ağasıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələn partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə evin 1 otağının tavanı 3 m2 sahədə yanıb. Dağıntı olmayıb.
Partlayış zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi təcili yardım xidməti tərəfindən Gəncə Şəhər Xəstəxanasına aparılıblar.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.