Mingəçevir su hövzəsində zəlzələ olub.
Bu barədə Yenicag.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.
Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
***
Samuxda zəlzələ oldu.
Bu barədə Yenicag.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Samux rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 20 km olub.