Samvel Şahramanyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə ÇAĞIRILDI

Separatçı tör-töküntülərinin “lider”i Samvel Şahramanyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Özünü ləğv olunmuş oyuncaq qurumun “president”I elan etmiş Samvel Şahramanyana Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən yaxın günlərdə komitəyə gəlmək üçün çağırış göndərilib.

Komitənin nümayəndəsindən əldə edilən məlumata görə, heç bir icraat başlanmayıb, cinayət işi yoxdur. Məqsəd başqadır.

Şahramanyanı istintaq orqanına çağırmaqda məqsəd Qarabağdan könüllü getmiş erməniləri cilovlamaq və qorxutmaqdır.

Mənbə bildirib ki, oktyabr ayından bəri müxtəlif istintaq orqanları müntəzəm olaraq fəal şəxsləri dəvət edir, onlarla “izahedici” işlər aparır.

Onlar ermənilərin mümkün fəallığının qarşısını almağa çalışırlar və onlara xəbərdarlıq edirlər.

Dünən Şahramanyanla bağlı hadisə də buna nümunədir.

Xuraman Etibarlı