!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanatoriya rəhbəri maşını aşırdı - Ölən və yaralanan qadınlar var

!Reklam – Yazi

Goranboyda ağır avtomobil qəzası baş verib.

Yenicag.az-ın Report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib.

Naftalan şəhərindəki sanatoriyalardan birinin rəhbəri “Hundai Santa Fe” markalı avtomobilin sükanı arxasında olarkən idarəetməni itirərək maşını yol kanarına aşırıb. Qəza zamanı xanım sürücü və onun iş yoldaşı olan 3 qadın yaralanıb. Sonradan onlardan biri xəstəxanada keçinib.

Ölən qadın sərnişin 1975-ci il təvəllüdlü Hacıyeva Sahibə Cuma qızı, yaralananlar – Əmirova Arifə Tahir qızı (1973), Qarayeva Gülnarə Ağəli qızı (1969) və Hüseynova Ceyhunə Nəriman qızıdır (1961).

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv