Sanatoriyada bədbəxt hadisə – Məcburi köçkün öldü

Bakıda sanatoriyada ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki Qızıl Qum sanatoriyasında baş verib.

Həmin sanatoriyada məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Abbasov Surxay Bəhlul oğlu məskunlaşdığı evdə soyuducunu təmir edərkən elektrik cərəyanı vurub. S.Abbasov 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilərkən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

COP29