Sanatoriyada yanğın – Naftalanda

Naftalanda sanatoriyada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Naftalan şəhərində ümumi sahəsi 532 kv.m olan ikimərtəbəli sanatoriya binasının zirzəmisində 5 ədəd paltaryuyan maşın qismən və zirzəminin lambirindən ibarət tavanı 55 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.