Sanksiyalar alman şirkətlərini müflis etdi

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Almaniya şirkətlərini müflis edib.

Yenicag.az xəbər verir ki, Rusiya-Almaniya Xarici Ticarət Palatsı 141 şirkət arasında sorğu keçirib.

Sorğuda iştirak edən şirkətlər ümumilikdə 1,1 milyard avro itirib.

İtkilərinə baxmayaraq şirkətlərin 63 faizi isə Rusiyada fəaliyyətlərini dayandırmayacağını bildirib.