!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanksiyalardan İran itirir yoxsa ABŞ? - “Vaşinqton Post”un təhlili

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İrana qarşı yeni sanksiyaların təqdim olunması ilə bağlı bəyanatları beynəlxalq ictimaiyyət tərəfindən o qədər də isti qarşılanmır. Bu səbəbdən də oktyabrın 3-də Birləşmiş Millətlər Təşkilatının ali məhkəməsi Birləşmiş Ştatlara İrana humanitar yardım və xidmətlərə qoyduğu məhdudiyyətləri dayandırmaq göstərişi verib.

İran rəsmiləri Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edərək Birləşmiş Ştatların İran Nüvə Razılaşmasından əsassız olaraq çıxdığını, bununla bərabər Birləşmiş Ştatlar tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi, o cümlədən 1955-ci ildə iki ölkə arasında imzalanan Dostluq Münasibətləri haqqında Müqaviləni ləğv etməsi barədə narazılığını bildirib.

Təəssüf ki, Haaqa Tribunalı İranın bu narahatlıq bildirən şikayətlərini nəzərdən keçirmək barədə hər hansı ümid vermir. Adıçəkilən məhkəmə özünün çıxartdığı qərarların icra olunması ilə bağlı gücə malik deyil və bu məhkəmə Tramp administrasiyasının hərəkətlərinə görə müvafiq qərarı yerinə yetirməkdə acizdir. Belə ki, dövlət katibi Mayk Pompeo dərhal Birləşmiş Ştatların 1955-ci ildə iki ölkə arasında imzalanan Dostluq Münasibətləri haqqında Müqavilədən çıxdığını bildirdi. Onun sözlərinə görə, İran “bütün hallarda hər yolla” bu müqaviləni pozurdu.

Bundan sonra Ağ Evdə jurnalistlər üçün mətbuat konfransı keçirən Birləşmiş Ştatların milli təhlükəsizlik üzrə dövlət müşaviri Con Bolton bildirib ki, Birləşmiş Ştatlar administrasiyası daha əvvəl bu razılaşmaları nəzərdən keçirirdi. Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Ştatların imzaladığı bu sazişləri nəzərdən keçirərək qərar çıxartmalı idi. Con Bolton bildirib ki, Vaşinqton Vyana Konvensiyasının Diplomatik Münasibətlər haqqında Əlavələrə dair “optimal protokol”dan da çıxacaq. Bu sənədə görə, fələstinlilər bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsində Birləşmiş Ştatlar əleyhinə iddia qaldıraraq ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə qarşı çıxırlar.

“Birləşmiş Ştatlar əleyhimizə qaldırılan əsassız siyasiləşdirilən məhkəmə iddialarına qarşı sakit dayana bilməz,” deyə Bolton qeyd edib. Tehranın bu gedişata cavabının nə olacağı sualına cavab olaraq Con Bolton deyib ki, “İranda geridə qalmış rejim var… Buna görə də İranın bu barədə mövqeyi məni maraqlandırmır”.

Lakin başqa dövlətlər eyni mövqeni paylaşmırlar. Bu yaxınlarda BMT Baş Assambleyasında keçirilən sessiya zamanı Tramp, Pompeo və Bolton İran əleyhinə təbliğat apararaq başqa dövlət rəhbərlərinə və BMT qurumlarına acıqlanaraq onları da Amerikanın maraqlarına zidd hərəkət etməməyə çağırıblar. Həmin adıçəkilməyən dövlət və BMT qurumları isə Amerika rəsmilərinin istədiyi bu köməyə soyuq reaksiya veriblər. Prezident Tramp tərəfindən sədrlik edilən BMT-nin ən güclü Təhlükəsizlik Şurasının toplantısında adıçəkilən bu şuraya üzv olan hər bir ölkə Vaşinqtona İran Nüvə Razılaşmasından çıxmaqda öz iradlarını bildiriblər.

“BMT-nin ən ali məhkəməsi Birləşmiş Ştatların Birgə Ümumi Fəaliyyət Planı mövcud olarkən İran xalqına qarşı sanksiya tətbiq edərək həmin sənəddəki öhdəliklərini pozduğuna irad tutur. Birləşmiş Ştatların İrana qarşı elan etdiyi sanksiyalar beynəlxalq hüquqa zidd olaraq nəticəsiz qalır. Beynəlxalq ictimaiyyətin Birləşmiş Ştatlara qarşı etinasızlıq göstərməsi onu təcrid vəziyyətinə gətirir. Birləşmiş Ştatlar Birgə Ümumi Fəaliyyət Planını ləğv edərək, BMT Təhlükəsizlik Şurasında 2231 saylı qətnamənin çıxarılması uğrunda mübarizə apararaq İranla ikitərəfli razılaşmanın yollarını tapmaq istəyir. Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Amerikadan İran xalqına qarşı tətbiq etdiyi sanksiyanı dayandırmağı tələb etdikdən sonra Birləşmiş Ştatlar 1955-ci ildə imzalanan və fəaliyyətdə olan Amerika – İran Sülh Müqaviləsindən çıxdığını bildirdi”, -deyə oktyabrın 3-də İranın xarici işlər naziri Cavad Zərif öz Tvitter səhifəsində yazıb.

İranın siyasi rəhbərliyi beynəlxalq həmrəylikdən məmnundur. Beynəlxalq Ədalət Məhkəməsinin qətnaməsindən sonra İranın xarici işlər naziri Cavad Zərif Birləşmiş Ştatları “qanundankənar rejim” adlandıraraq onu Tehrana qarşı “qorxulu” hücumlar aparmaqda günahlandırdı. Hadisələrin bu gedişatında İran prezidenti Həsən Ruhani barter sistemi əsasında Avropa şirkətlərinin İranla ticarət etməsi barədə Avropa ölkələrinin etdiyi təklifi bəyənib. Bu qarşılıqlı ticarət razılaşması Amerikanın sanksiyalarından uzaq olaraq valyuta birja nəzarətini nəzərdə tutmur.

“Avropa böyük addım atıb”, -deyə İran prezidenti bildirib. İran Beynəlxalq Ədalət Məhkəməsinin qətnaməsinin rəmzi olmasına baxmayaraq bu qətnamənin ticarət əlaqələrinin sürətlənməsində böyük rol oynayacağına ümid edir. Bu qərar prezident Trampın əsassız iradlarından qorxaraq İranla ticarət əlaqələrini dayandırmağa məcbur olan Avropa şirkətlərini, xüsusilə humanitar sahədə əməkdaşlıq edən şirkətləri öz qərarlarına yenidən baxmağa çağıra bilər”, -deyə BBC-nin Haaqa üzrə müxbiri Anna Holiqən öz reportajında bildirir.

BMT-daxili təşkilatların palatalarından kənarda Tehran üçün vəziyyət bir qədər dumanlıdır. İranın maliyyə vəziyyəti uzun müddətdir ki nizamsız durumdadır. İranın milli valyutası rial bu ilin may ayında 70 faiz dəyər itirib. Bir qrup iqtisadçı proqnoz verir ki, İrana qarşı tətbiq edilən neft satışı sanksiyalarının yaxın aylarda reallaşmasından sonra 2019-cu ildə ölkənin iqtisadiyyatının inkişaf tempi 4 faizə qədər aşağı düşə bilər.
“Bu təzyiqlər İrana böyük təsir edəcək. Tramp administrasiyasının İranı çıxılmaz vəziyyətə qoyduğu üzə çıxa bilər”, -deyə Milli Maraqlar Mərkəzinin Vaşinqtonda İrana dair keçirilən panelində Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqat direktoru Patrik Klosn bildirib.

Tramp və onun administrasiyasının anti-İran ideoloqları İranda iqtisadi durumdan narazılıq fonunda baş qaldıran etiraz aksiyalarının İranda vüsət alaraq siyasi rejim dəyişikliyinə gətirib çıxaracağına ümidlidirlər. Onlar ehtimal edir ki, İrana qarşı tətbiq edilən sanksiyalar İran müxalifətinə stimul verəcək. Nəticədə onlar ölkə rəhbərliyinə təsir edəcək ki, Yaxın Şərqdə İranın yaxın silahdaşlarına yardım etməyi dayandırsın.

Lakin bəzi təhlilçilər qorxurlar ki, bu sanksiyalar əks effekt verə bilər. Ruhani və Zərif kimi siyasi fiqurlar İranın iqtisadiyyatının bərbad vəziyyətə salınmasında daha çox diqqəti cəlb etdiyindən bu rəsmilər İranın xarici ölkələrdə hərbi qüvvə yerləşdirməsinə dair qərar verməkdə acizdirlər. Dini rejimin sərt xətt tərəfdarları, xüsusilə İnqilab Keşikçiləri Korpusu bu qərarı vermək iqtidarındadır. Bu yaxınlarda İranda keçirilən ictimai rəy sorğusu iranlıların ölkənin xarici siyasətini dəstəklədiyini göstərib. Həmin rəy sorğusuna görə, mollalar İranda xarici siyasətin formalaşmasına o qədər də çox təsir göstərmir.

Milli Maraqlar Mərkəzinin Vaşinqtonda İrana dair keçirilən panel müzakirələrində çıxış edən Atlantika Şurasının nümayəndəsi Barbara Slavin bildirib ki, “biz İrana doğru yaxşı mənada olmayan siyasi kurs müəyyən etmişik”. Barbara Salvin İnqilab Keşikçiləri Korpusu daxilində Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin artan populyarlığını göstərib. O bildirib ki, Qasım Süleymani Qüds Qüvvələrinə rəhbərlik etməklə İraq, Suriya və Yeməndə münaqişələr yaradır.

“Beynəlxalq Ədalət Məhkəməsinin bu gün çıxardığı qətnamə İranın məğlubiyyətidir. Bunu görən İran rəhbərliyi riyakarlıq göstərərək əsassız şəkildə bu məhkəməni ittiham edir, onu Birləşmiş Ştatlara qarşı forum kimi göstərir. Bütün bunların əsasında mən 39 il dayandırılması gecikən Amerika və İran arasında imzalanmış Sülh Müqaviləsini ləğv edirəm”, -deyə oktyabrın 3-də Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo öz Tvitter hesabında qeyd edib.

Oktyabrın 3-də Vaşinqtonda reportyorlar qarşısında danışan İraq xarici işlər nazirinin sözçüsü Əhməd Məhcub isə Amerikanın tətbiq etdiyi sanksiyaların iqtisadi durumdan əziyyət çəkən adi iraqlılara təsir edəcəyindən narahatlığını ifadə edib.

İraq rəsmisi Birləşmiş Ştatların 1990-cı illərdə Səddam Hüseyn rejiminə qarşı tətbiq etdiyi sanksiyaların uğursuzluğunu xatırladıb. O bildirib ki, “bu sanksiyalar siyasi rejimə deyil, xalqa ziyan vurur”. Bu sanksiyaların tətbiqi əbəs yerədir və bu sanksiyalar ola bilər ki, Birləşmiş Ştatlara hüsn-rəğbət bəsləyən sadə iranlılara əzab verəcək”.

P.S.: Qeyd edək ki, məqalə “Vaşinqton Post”un xüsusi müxbiri İshaan Tharur tərəfindən hazırlanıb.

www.yenicag.az

1684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv