Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sanksiyaların nəticələri ciddi olacaq - Çindən bu şirkətlərə ULTİMATUM

Çin hökuməti ABŞ tərəfindən təyin edilmiş qadağalara riayətin edilməsinin ciddi nəticələrə gətirib çıxardacağı barəsində xarici şirkətlərə xəbərdarlıq edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bir sıra məlumatlara əsasən keçən həftə Çin hökuməti bəzi şirkətlər ilə bağlı görüş keçirib. Həmin görüşdə Intel, Qualcomm, ARM Holdings PLC, SK Hynix, Microsoft, Samsung Electronics, Dell Technologies və Nokia Corp. şirkətləri iştirak ediblər.

Həmin bağlı görüş çərçivəsində Çin hökumətinin təmsilçiləri ABŞ hökumətinin təyin etdiyi qadağalara əməl edilməsinin həmin şirkətlərə ciddi nəticələr yaradacağından danışıblar.

Xarici şirkətlər ilə bağlı görüş məhz Çin hökumətinin də özünün qara siyahısını yaratması bəyanatından sonra təşkil olunub. Bu isə ABŞ prezidenti Donald Trampın administrasiyasının “Huawei” şirkətinə qoyduğu qadağaya cavabdır.

Qeyd edək ki, may ayının ortasında “Huawei” şirkəti ABŞ hökuməti tərəfindən qara siyahıya salınaraq onun ABŞ bazarındakı fəaliyyətinə qadağa qoyulmuşdu.

Həmin qərardan sonra Google, Intel, Qualcomm, Broadcom, ARM kimi şirkətlər “Huawei” ilə əməkdaşlıqlarını dayandırdılar. Lakin sonradan ABŞ hökuməti güzəştə gedərək “Huawei” şirkətinə 90 günlük lisenziya təqdim etdi. Həmin lisenziya çərçivəsində şirkət ABŞ bazarında fəaliyyətini davam etdirə bilər. 90 günlük lisenziyanın müddəti isə 19 avqust tarixində sona çatacaq. Bağlı görüşdə iştirak etmiş şirkətlərin özləri isə keçirilmiş həmin görüş barəsində fikir bildirməkdən imtina ediblər.

www.yenicag.az

15001