Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.
Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
***
Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlının olduğu da məlum olub.
Diaspor.Az-ın əldə etdiyi məlumata görə 28 yaşlı Zaur Vəliyev ilk önçə axır xəsarətlə şəhərin Marinskaya xəstəxanasına yerləşdirilib. Soydaşımız həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Allah rəhmət elesin.
Yeniçağ.Az