Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə öldü

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı hündürlükdən yıxılaraq ölüb.

Bədbəxt hadisə Sankt-Peterburqun Kurortnaya rayonunda baş verib.

Uşaq bağçaların birinin damında təmir işləri aparan 28 yaşlı azərbaycanlı 6 metr hündürlükdən yıxılıb. Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olan azərbaycanlı təmir şirkətlərin birində briqadir işləyib.

Yenicag.az