Sankt-Peterburqdakı Vsevolojsk alüminium ərintisi zavodunda terror aktının qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Müəssisənin ərazisində iki kiloqrama yaxın partlayıcı maddə olan əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Bomba çantada gizlədilib və anbarlardan birinin yaxınlığında olub. Onun zavoda necə gətirildiyi hələ də məlum deyil.