Şanlı qələbədə payı olanlar… – VİDEO

Bildiyimiz kimi, Azərbaycan ordusunun düşmən təxribatlarına cavab olaraq başlatdığı və 44 gün davam edən əks-həmlə əməliyyatı silahlı qüvvələrimizin möhtəşəm zəfəri ilə başa çatıb.

Azərbaycan əsgərinin ən böyük silahı olan Vətən sevgisi, yurd eşqi, xalqın inamından aldığı güc onu böyük zəfərdən zəfərə daşıyıb.

Xalqımızın müharibənin ilk dəqiqələrindən ordumuza göstərdiyi dəstək, millətimizin bir yumruq kimi birləşməsi düşmənin canına qorxu saldı, onu uzun illər işğal altında saxladığı yurdumuzdan baş götürüb qaçmağa məcbur etdi.

Ancaq torpaqlarımızın azad olunmasından sonra ürəkdağlayan görüntülər də ortaya çıxıb. Yağı, vandal düşmən bu illər ərzində daşı daş üstdə qoymayıb, mədəniyyəti, infrastrukturu məhv edib.

Elə bu səbəbdəndir ki, indi azad etdiyimiz bütün yurd yerlərimiz bir-birinə bənzəyir. Talan edilmiş, alçaldılmış, təhqir olunmuş, məhv edilmiş…

Daha ətraflı Baku TV-nin videosüjetində: