Türkiyədə növbəti terror hadisəsi baş verib. Yeniçağ.az xəbər verir ki, qanlı hadisə Şanlıurfa əyalətinin Viranşehir rayonunda baş verib. Partlayış nəticəsində 3 yaşlı uşaq həyatını itirib, 15 nəfər isə yaralanıb. Hadisə axşam saatlarında meydana gəlib.
Partlayış hakim və prokurorların sıx yaşadığı ərazidə baş verib.
Yeniçağ.az