Santuş: “Hər gün futbolçularla danışırıq, söhbətlər aparırıq”

Müdafiə planında inkişaf etməliyik.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında baş tutacaq Slovakiya ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib:

Mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib:

“Komanda hücumda pis çıxış etmir. Müdafiə planında inkişaf etməliyik. Rəqib qol vəziyyətlərindən istifadə edirsə, cavab vermək çətinləşir. Futbolçular yaratdıqları qol vəziyyətlərindən istifadə etməli olduqlarını düşünməlidir. Hər gün onlarla danışırıq, söhbətlər aparırıq. Gələcəyə nikbin baxmaq lazımdır. Düşünürəm ki bir ildən sonra futbolçular istənilən rəqibə müqavimət göstərə biləcək”.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya görüşü saat 20:00-da start götürəcək./Report/

COP29