!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sanuradan QALMAQALLI SÖZLƏR: “Qadınlar buna görə məni parçalayacaq” - FOTOLAR

!Reklam – Yazi

“Açıq-saçıq geyimlərimə görə həmişə mənfi reaksiyalarla qarşılaşmışam”.

Bu sözləri gənc aktrisa Sanura Cəfərova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa qısa ətək, dekolte və digər açıq-saçıq geyimlərinə görə cəmiyyətdə və sosial şəbəkələrdə tənqid atəşinə tutulduğunu bildirib:

“Bəzən hansısa qısa ətəkdə, yaxud da dekolte geyimdə fotolar paylaşıram, dərhal irad tuturlar. Yaxud da getdiyim məkanlarda qınayıcı nəzərlərlə baxırlar. Ola bilər ki, geyim tərzim kiməsə görə açıq-saçıq, vulqar görünür. Düşünürəm ki, bu artıq həmin şəxsin problemidir. Hər halda, kimlərinsə fikri ilə oturub-durmuram. Mənim tərzim belədir. Həmişə belə geyinirəm. Heç bayağı geyindiyimi də düşünmürəm. Sənət adamıyam, yaradıcı insanın geyimi də fərqlənməlidir. Adam var, o geyimlərdə estetika, zövq görür, adam da var, sinə, ayaq, bədən… Hər kəs öz düşüncəsinə uyğun”.

Aktrisanın sözlərinə görə, hər bir qadın və kişi öz bədənini tanımalı və ona uyğun da geyinməlidir:

“Bədən ölçülərimə uyğun geyinirəm və hesab edirəm ki, geyindiklərim də mənə yaraşır. İstər qadın olsun, istərsə də kişi öz bədənini tanımalıdır. Bəzən görürəm ki, hansısa qadın bədən ölçülərinə uyğun geyinmir. Bu mənə çatmır. Baxırsan, dolu xanımdır, ölçülərinə tam əks olan bir tərzdə geyinib. Belə olanda kənardan vulqar görünür. İndi bu sözlərimə görə kilolu xanımlar məni parçalayacaq. Amma, həqiqətən, bu, kənardan yaxşı görünmür”.

Cəvahir

www.yenicag.az

1439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv