ARB TV-nin efirində yayımlanan “Sara” serialının bugünkü bölümü izləyicilərə həyacanlı anlar yaşadacaq.
Serial uzun illərdir eyni həbsxanada cəza çəkən 6 qadından bəhs edir. Bu günümüzdə dünyada baş verən qadınlara qarşı zorakılığın nəticələrinin ətrafdakı hər kəsə, ümumiyyətlə bütün dünyaya necə pis təsir etdiyini qəhrəmanlar vasitəsilə çatdırlır.
Sara yeganə qızını qorumaq üçün illər əvvəl heç bir günahı olmadığı halda Qara Səmədin təkidi ilə cinayəti öz boynuna götürərək türməyə düşür. Saraya daim arxa dayaq olan Məhəbbət 30 il sonra türmədən azadlığa çıxır.
Məhəbbət Mahmudu, yəni ərini bağışlamaq üçün ona şərt qoyur. Saranın azadlığa çıxmağını tələb edir. Mahmudun isə bir yolu var . O, keçmişi açıb tökməlidir. Səmədi satmalıdır. Səməd isə Saraya özünü bağışlatmaq üçün mübarizə aparır.
Öz günahı başa düşüb və doğru yola gəlmək, yaxşı insan olmaq, islah olmaq üçün daim mübarizə aparır.