“Sarı gəlin”i oxuyan italiyalı müğənni vəfat etdi – VİDEO

Məşhur italiyalı müğənni Toto Kutunyo vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

O, Milandakı San-Raffaelle klinikasında vəfat edib. Sənətçi 80 yaşında dünyasını dəyişib.

Məlumata görə, uzun sürən xəstəlikdən sonra müğənninin səhhətində son aylar daha da pisləşmə müşahidə olunub.

2008-ci il noyabrında Toto Kutunyo Bakıda olub. Heydər Əliyev Sarayında, “Qatar” adlı konsert proqramı ilə çıxış edib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Baku Crystal Hall”da Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edib./Unikal/