!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sarı Jiletlilər" Fransadan sonra Brüsseldə: Etirazlar başladı

!Reklam – Yazi

Avropa Birliyi və NATO-nun əlamətdar görüşlərinə ev sahibliyi edən Brüsseldə “sarı geyimlilər”in etiraz aksiyaları başlayıb.

Yenicag.az xəbər verir ki, sosial mediaya hesablarından edilən çağırışlar nəticəsində minlərlə insan etiraz etmək üçün küçələrə axışıb.

Benzin qiymətlərinə və hpkümətin həyata keçirdiyi iqtisadi siyasətə etiraz edən nümayişçilər şəhər mərkəzi sayılan “Avenue des Arts” bulvarında polislə üzbəüz gəlib.

Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Etirazçılar polisə qarşı barrikadalar qurub. Yollarda tıxac yaranıb. Avtobus və digər kütləvi daşıma nəqliyyatı və şəhərin ana yolları iflic vəziyyətə düşüb.

Bundan əvvəl Fransada da “sarı jiletlilər” kütləvi etiraz aksiyalarına başlayıb.

www.yenicag.az

1706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv