“Sarı jiletli”lərlə polis arasında qarşıdurma: 700 nəfər saxlanıldı, 30 yaralı – VİDEO

Fransada davam edən aksiyalarla bağlı zirehli maşınlar hazır vəziyyətə gətirilib.

***

Parisdə “Sarı jiletli”lərin etiraz aksiyasında polislə qarşıdurma yaşanıb.

Yenicag.az xəbər verir ki, qarşıdurmalar nəticəsində 30 nəfər yaralanıb. 700 nəfər saxlanılıb, onlardan 508-i nəzarət altına alınıb.

Polis göz yaşardıcı qazlardan istifadə edib. Bütün ölkə üzrə 89 min polis səfərbər olub.

Daxili İşlər naziri Kristofer Kastaner nəzarətin daha da gücləndiriləcəyini və birbaşa müdaxilə olacağını bildirib.

Fransa Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən oaytaxtda etirazçıların sayı 8 min nəfəri ötüb. Ümumi aksiyalara qoşulanların sayı isə 31 min nəfərə çatıb.

Etirazçılar “Makrona istefa” “Qoyun deyilik” şüarları səsləndirirlər.

Xatırladaq ki, Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “Sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Aksiyalarda əsas tələb Fransa Prezidenti Emmanuel Makronun istefasıdır.

***

13:02

Fransada “sarı jiletli”lərin etiraz aksiyası başlayıb.

Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları “Qələbə”, “Ulduz” meydanları və Yelisey çölü istiqamətində hərəkət edir.

Qeyd edək ki, polis etiraz aksiyalarından öncə xüsusi əməliyyat keçirib və 278 nəfər nəzarətə alınıb. saxlanılanlar “qrup halında zorakılıq tətbiq etmək və ya ziyan vurmaq fəaliyyətinə hazırlaşmaqda” ittiham edilərək tutulub. Saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

COP29