Sarkisyan ABŞ səfirliyinə çağırılıb

Ermənistanın keçmiş prezidenti, hakimiyyətdən gedəndən sonra siyasi səhnədə görünməyən Serj Sarkisyan yenidən aksiya fəaliyyətə başlayır.

Yenicag.az xəbər verir ki, Sarkisyan bu gün ABŞ-ın İrəvandakı səfiri ilə görüşərək bir çox mövzular ətrafında danışıqlar aparıb. Görüş Amerika səfirliyinin təşəbbüsü ilə baş tutub.

Mətbuata qapalı keçirilən toplantıda Sarkisyan səssizliyini pozub və Ermənistandakı daxili siyasi vəziyyət barədə çıxış edib, Qarabağ danışıqları və digər mövzulara dair fikir mübadiləsi aparıb.

Səfirliyin inzibati binasında baş tutan görüşdə Sarkisyanın rəhbəri olduğu Respublikaçılar partiyasının nümayəndələri də iştirak ediblər. /azvision.az/

COP29