Bu gün Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirilən hərbi paradda əsgər huşunu itirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan çıxış edən vaxt sırada dayanan əsgərlərdən biri özündən gedərək yıxılıb.
Canlı yayımlanan paradda əsgərin yıxıldığı an ekranlarda aydın görünüb.