Sarkisyan generalları işdən qovdu

Ermənistan prezidenti Armen Sarkisyan bu gün iki fərman imzalayıb.

Yenicag.az “aysor.am”a istinadən xəbər verir ki, A.Sarkisyanın imzaladığı fərmanla polis qoşunlarının başçısı, general Levon Yeranosyan vəzifəsindən uzaqlaşdırılıb.

Digər fərmanla isə polis xidmətinin rəis müavini, general Vardan Yeqiazaryan içdən çıxarılıb.