!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyan qaçan ermənilərin yerinə yezidi kürdləri Qarabağa yığır – “Qızıl Kürdüstan” planı

!Reklam – Yazi

1443378982_0Qarabağda PKK Terror Təşkilatının ermənilərə dəstəyə gəldiyinə dair məlumat yayılmışdı. Ermənistan prezidenti Sarkisyan isə Almaniya səfəri zamanı Suriya müharibəsindən təsirinin düşmən ölkəyə də olduğunu söylədi. Bu isə ağıllara bir müddət öncə Türkiyənin “Aydınlıq” qəzetinin “Suriyadan Ermənistana köçən yezidi kürd və ermənilər Dağlıq Qarabağa yerləşdirilir” xəbərini gətirdi.

Xəbərdə deyilirdi ki, Ermənistandakı iqtisadi kriz Dağlıq Qarabağdakı separatçı rejimi də çətin vəziyyətə salıb. Hər il ən az 40 min erməninin tərk etdiyi Ermənistan nəzarətindəki torpaqları suriyalılarla əvəzləyir. Belə ki, Suriyadan köçən erməni və yezidi kürdlər Ermənistan və Dağlıq Qarabağa yerləşdirilir. Xüsusilə, Qarabağda illərdən bəri boş qalan torpaqlarda Yezidi və PKK-çı kürdlərdən ibarət “neytral bölgə” yaratmaq istəyirlər.

O da bildirilir ki, Qarabağda Azərbaycana qarşı vuruşan erməni separatçılarına dəstək verənlər arasında yezidi kürdlər üstünlük təşkil edir. Maraqlıdır ki, I Qarabağ savaşı zamanı da 500 yezidi kürd ermənilərlə birlikdə Azərbaycana qarşı könüllü olaraq savaşıb və bunlardan yüzdən çoxu əsgərlərimiz tərəfindən gəbərdilib.

Belə ki, səksən mindən çox müsəlman kürd Ermənistandan azərbaycanlılarla birlikdə qovulsa da, bu tovuz quşuna inanan yezidilər ermənilərə “qardaş” deyirlər.

Qeyd edək ki, yezidilər Qarabağ savaşı boyunca, düşmənimiz olsalar da, Azərbaycandan bəzi iş adamları onlara yardımlarını kəsməyiblər. Məsələn, Sincab dağında mühasirədə qaldıqları zaman Azərbaycandan da yezidlərin köməyinə tələsənlər olub. Xəbər verildiyi kimi, “Azərsun” holdinqinin prezidenti Abdolbari Gozal Britaniyanın “Olympic Automatic” şirkətinin icraçı direktoru Harri Normana zəng edərək bu şirkətin istehsalı olan və bir saatda 4 min adama isti yemək hazırlaya bilən avadanlıq sifariş verib və İraqdakı yezidilərə yardım edib.

Britaniya mediasının yazdığına görə, Harri Norman bildirib: “Abdolbari Gozal Sincar dağlarında mühasirədə qalan qaçqınların acınacaqlı vəziyyətindən o dərəcədə sarsılmışdı ki, avadanlığın bütün xərclərini üzərinə götürdü”.

Məsələ ilə bağlı birmənalı münasibət olmadığından “Azərsun” təkcə yezidilərə deyil, türkmənlərə də yardım etdiyini açıqlamışdı.

1904250_1564699703760809_7006146025734075324_nYezidi kürdlərlə bağlı millət vəkili Fazil Mustafa isə qeyd etmişdi ki, yezidi kürdlər şeytana sitayiş edirlər: “Bizə yaxın olan kürdlər də var, PKK-ya dəstək verən də. Biz bunu fərqləndiririk. Amma yezidi kürdlər bizə yaxın deyil. Onlar erməni ilə müttəfiqdirlər. Onlar satanistdirlər, şeytana sitayiş edirlər. Yarı Zərdüşt, yarı müsəlman, yarı xristianlıq düzəldiblər”.

Maraqlıdır ki, həmin yezidilərin bir çoxu Suriya və İraqdan qaçaraq, məhz Ermənistana sığınıblar. Oradan isə Dağlıq Qarabağa yerləşdiriliblər. Çünki türk ekspertlərinin fikrincə, Ermənistan Qarabağı itirmək təhlükəsində qalarsa, “Qızıl Kürdüstan” variantını ortaya atmağı planlaşdırır. Bu səbəbdən də yezidiləri ermənilərdən boşalan yerlərə yerləşdirir. /Azerinfo.org

www.yenicag.az

1308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv