Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sarkisyan üçün böyük təhlükə: tələbə etirazları Ermənistanı çökdürür

Ermənistanda son zamanlar tələbə etirazları artıb. Hərbi xidmətlə bağlı möhlət hüququnun ləğvi onların etirazlarına səbəb olub. Polislə toqquşmalar da qeydə alınır. Bu əsasda fikirlər səslənir ki, bu gedişlə cəmiyyət tərəfindən tələbələrə verilən dəstək Ermənistanda yeni çaxnaşmalara, vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Hadisələrin bu səpkidə inkişafı mümkündürmü?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, Sarkisyanın rəqibləri tələbə narazılığından istifadə edərək, aztəminatlı əhalini onun əleyhinə qaldıra bilər. Amma bütün hallarda həmsöhbətimizə görə, bu hadisə gətirib Sarkisyanın devrilməsilə nəticələnməyəcək:

“Ermənistanda mövcud vəziyyətdə gözə görünən odur ki, işğalçı ölkə gəncləri hərbi xidmətdən boyun qaçırırlar. Bu da onunla bağlıdır ki, Ermənistandan hərbi xidmətə yola salınan gənclərin əksəriyyəti, xüsusən də onların yoxsul hissəsi Dağlıq Qarabağda və Azərbaycanla təmas xəttində yerləşdirilir. Təmas xəttində baş verən atışmalar, atəşkəsin tez-tez pozulması fonunda hər iki tərəf itkilərə məruz qalır. Ermənistanda dəfələrlə əsgər anaları etiraz aksiyasına çıxaraq, özlərinə aid olmayan torpaqlarda övladlarının ölməsinə görə Sarkisyan rejiminə qarşı etiraz səslərini ucaldıblar. Ona görə də Ermənistanda valideynlərin əksəriyyəti övladlarını orduya göndərməkdən yayınırlar. Onlar övladlarını Rusiya və digər xarici ölkələrə göndərirlər. Bu səbəbdən də Ermənistanda hazırda orduya göndərməyə əsgər tapılmır. Hərbi möhlət hüququnun ləğv edilərək, tələbələrin də hərbi xidmətə çağırılmasında məqsəd məhz budur.

Düşünürlər ki, ordularında yaşanan boşluğu bu yolla doldura biləcəklər. Sözsüz ki, məlum qərar Ermənistanda tələbələrin narazılığına səbəb olmalı idi. Ermənistanda Sarkisyan rejiminin hakimiyyətindən narazı olan qüvvələr çoxdur. Həmin qüvvələr bu amildən istifadə edərək, Ermənistanın aztəminatlı əhalisini Sarkisyan əleyhinə qaldıra bilər. Bu da ölkədə qarşıdurmanı genişləndirəcək. Lakin bu vəziyyətin özü belə birmənalı şəkildə Sarkisyanın hakimiyyətdən gedəcəyi, vəzifəsini təhvil verəcəyi anlamına gəlməməlidir. Çünki Sarkisyan hakimiyyətini qoruyan Rusiyadır. Moskva Sarkisyanı istəməsə, o bir gün də olsa hakimiyyətdə qala bilməz. Düzdür, Ermənistanda Sarkisyanın Dağlıq Qarabağ klanına qarşı ciddi narazılıq var. Lakin Rusiyanın dəstəyi olduğundan bu klanı devirə bilmirlər.

Buna baxmayaraq, əhali arasında narazılıq ab-havasının daha da qızışmasında tələbələr üzərindən hərbi xidmətə çağırılmaqla bağlı möhlət hüququnun götürülməsinin böyük rolu olub. Bu amildən də Sarkisyanın rəqibləri ciddi şəkildə istifadə etməyə çalışacaq. Çünki mövzu olduqca həssasdır. Amma həmin narazılığın sonrakı mərhələdə nələrə gətirib çıxaracağını indidən söyləyə bilmərik”.

ELÇİN

www.yenicag.az

1376
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM